“Qarabağ”ın nümayəndələri püşkatma üçün Nyon şəhərindədir

23
Fev
2024
14:49

“Qarabağ” FK nümayəndələri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkatmasında iştirak etmək üçün İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahındadır.

Azreform.info xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi paylaşım edib.

Qeyd edək ki, Avropa Liqasının 18 final mərhələsinin püşkatma mərasimi 15:00-da başlayacaq.