Polşanın baş naziri Zelenski ilə görüşdən imtina etdi

23
Fev
2024
05:28

Polşanın Baş naziri Donald Tusk Ukrayna ilə Polşa sərhədində onun blokadası və polşalı fermerlərin etirazları ilə bağlı Volodimir Zelenski ilə görüşməkdən imtina edib.

Azreform.info xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb.

“Bizim münasibətlərimizdə simvolizmə ehtiyacımız yoxdur. Çoxdan bəyan etmişik ki, Polşa öz bazarını, o cümlədən kənd təsərrüfatı istehsalçılarını qorumalıdır. Biz Ukrayna ilə ticarətin liberallaşdırılması təhlükəsi barədə xəbərdarlıq etmişik”, –Tusk bildirib.