İsrail hökuməti başçısının ofisi Braziliyanın yəhudi icmasına qarşı böyük terror aktının qarşısının alınmasında Mossad xarici kəşfiyyat xidmətinin iştirakını tanımaq üçün müstəsna addım atıb. Mossad Braziliya yəhudilərinə qarşı terror aktı hazırlayan Hizbullahın planlarını alt-üst etdi
Azreform.info məlumatına görə, bundan əvvəl Braziliya KİV-ləri Braziliya federal polisinin yəhudi obyektlərinə, o cümlədən icma mərkəzlərinə və sinaqoqlara qarşı silsilə terror aktları hazırlayan “Hizbullah”a bağlı terror qruplaşmasının üzvlərini saxladığını bildirib.
Nəşrlər Braziliya ərazisində potensial terrorçuları cəlb edən iki nəfərin və onların cəlb etdikləri bir neçə agentin saxlanıldığını bildirib. Həbslər San-Paulu və Minas-Jerais ştatlarında və ölkənin paytaxtı Braziliyada 11 ünvanda həyata keçirilib.