HƏMAS 13 israilli girovu və 7 əcnəbini azad edib

26
Noy
2023
05:21

 

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşmasının 13 israilli girovu və 7 digər dövlət vətəndaşını təşkilat nümayəndələrinə təhvil verdiyini təsdiqləyib.

Bu barədə TASS xəbər verir.

Bundan əvvəl Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” sosial şəbəkəsində Dohanın və Qahirənin vasitəçiliyi sayəsində mübadilə sazişinin həyata keçirilməsində bütün maneələrin aradan qaldırıldığını bildirib.

"Müəyyən gecikmədən sonra hər iki tərəflə Qətər-Misir təmasları sayəsində məhbusların azad edilməsinə maneələr aradan qaldırılıb. Bu gecə 39 fələstinli mülki vətəndaş azad ediləcək, 13 israilli girov və daha 7 əcnəbi Qəzzanı tərk edəcək", - əl-Ənsari yazıb.

İsrailli girovların ikinci qrupunda beş qadın və səkkiz uşaq var. Humanitar atəşkəs razılaşması çərçivəsində mübadilə ediləcək fələstinli məhbuslar arasında altı qadın və 33 uşaq var.