Rus işğalçıları üç Gürcüstan vətəndaşını həbs edib

26
Noy
2023
05:20
Rusiya işğalçı qüvvələrinin nümayəndələri Qori bələdiyyəsinin Atsvi kəndi yaxınlığında üç nəfər Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər.

Azreform.info xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

DTX-nin yaydığı məlumata görə, faktla bağlı dərhal “qaynar xətt” işə salınıb, Avropa İttifaqının monitorinq missiyasına və Cenevrə beynəlxalq müzakirələrinin həmsədrlərinə məlumat verilib.

Məlumatda bildirilir ki, baş verən hadisələrə görə bütün məsuliyyət təmamilə Rusiya tərəfinin üzərinə düşür.