“Yunayted”i ala bilmədi, indi bu kluba göz dikib

18
Fev
2024
23:07

Finlandiyalı iş adamı Tomas Zilliakus indi də “İnter”i almaq niyyətindədir.

Publika.az xəbər verir ki, “Manchester Evening News”un məlumatına görə, 67 yaşlı Zilliakus İtaliya klubunu 1,4 milyard avroya almağa hazırdır.

2023-cü ildə Zilliakusun komandanın azarkeşləri ilə birlikdə “Mançester Yunayted”i almağa hazırlaşdığı bildirilirdi. Finlandiyalı sahibkar öz adından 3,9 milyard dollar məbləğində vəsaitin yarısını verməyi təklif etmişdi.

Zilliakus həmçinin təklif edib ki, “Mançester Yunayted” azarkeşləri ödənişli şəkildə klubun idarəçiliyinə cəlb etmək variantını nəzərdən keçirsin. Belə bir sxemlə onun fikrincə, ingilis klubu 400-500 milyon dollar qazana bilərdi.