Müstəqil Həmkarlar Birliyi Dövlət Bayrağı günü münasibətilə Azərbaycan xalqını təbrik etdi

9
Noy
2023
07:25

Azreform.info Müstəqil Həmkarlar Birliyin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, Birlik Dövlət Bayrağı günü münasibətilə Azərbaycan xalqını təbrik etdi. Təbrikdə deyilir:

Əziz həmvətənlər!

9 noyabr 1918-ci ildə  Azərbaycan Demokratik Respublikasının ilk baş naziri Fətali xan Xoyski Milli Bayraq haqqında Nazirlər Kabinetinin qərarını imzaladı. Bayrağımızda olan üç rəngi - Türkçülük, İslamçılıq və Müasirlik ideyaları birləşdirdi. Hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, milli ideologiyasının ifadəsidir. Üç rənqli Bayrağımız Azərbaycan türk xalqının keçmişi, bu günü və gələcəyi öz əksini tapmışdır.

İllər boyu bu bayrağı yenidən yaşatmaq üçün mübariz olan minlərlə insan olub.

Bu mübariz qəhramanlar Vətənə, müstəqil Azərbaycana və Bayrağa sevgisini, məhəbətini mubarizə aparıb qoruyublar və bizlərə nəsib ediblər. Bu bayrağı, dövləti və  müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhidimiz olub. 

Dövlət Bayraq günümüz mübarək olsun!

Tanrı əsgərlərimizi qorusun!

Hörmətlə,

Müstəqil Həmkarlar Birliyi