İordan çayının qərb sahilində yerləşən Tulkərm qəsəbəsində iki fələstinli İsrailin xeyrinə casusluq etməkdə şübhəli bilinərək izdiham tərəfindən döyülərək öldürülüb.
Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Onun məlumatına görə, qəzəbli izdiham İsrail hakimiyyəti ilə əməkdaşlıq etdiyi iddia edilən iki yerli sakini linç edib. Bir çox insan özləri qırğında iştirak edib və ya baş verənləri müşahidə edib, foto və video çəkiblər. Daha sonra camaat ölənlərin cəsədlərini elektrik dirəyindən asıb.