Fələstinin HƏMAS hərəkatı kəskin içməli su çatışmazlığı səbəbindən Qəzza zolağında epidemiyaların yayılma riskləri barədə xəbərdarlıq edib.
Azreform.info xəbər verir ki, bu barədə hərəkatın Telegram-kanalında yerləşdirilmiş bəyanatda deyilir.
"Sektorun 90%-dən çoxunun içməli sudan məhrum olduğu Qəzzada davam edən fəlakətli vəziyyətin barədə xəbərdarlıq edirik. Bu, vətəndaşları çirklənmiş sudan istifadə etməyə məcbur edir ki, bu da xəstəliklərin və epidemiyaların yayılmasına səbəb olacaq”, - mətndə vurğulanır.
Açıqlamaya görə, hazırda bir Qəzzə sakininin gündə cəmi 3 litr suya çıxışı var, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bir insanın yemək bişirmək və gigiyena da daxil olmaqla ən əsas ehtiyaclarını ödəmək üçün gündə 100 litr suya ehtiyacı var.