Cavanşir Quliyev vəfat etdi

12
Fev
2024
08:07

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev vəfat edib.

Musavat.com bildirir ki, bu barədə prodüsser Sultan Mustafayev sosial şəbəkədə məlumat yayıb.

"Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Cavanşir Quliyev İstanbulun Acıbadem xəstəxanasında vəfat edib. Allah rəhmət eləsin... "

Xatırladaq ki, bir neçə gün öncə Türkiyədə səfərdə olan Cavanşir Quliyevin beyninə qan sızdığı, xəstəxanaya yerləşdirildiyi haqda məlumat yayılmışdı.