Messi milli komandadan kənarda qalıb

24
Noy
2023
09:08

Axreform.info xəbər verir ki, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2026-cı il dünya çempionatının seçmə mərhələsinin son iki turundan sonra simvolik komandanın oyunçularını müəyyən edib.

Argentina millisinin lideri Lionel Messi simvolik komandanın 11 futbolçusu siyahısına daxil edilməyib.

Simvolik komanda belə görünür:

Qapıçı: Aleksandr Dominqes (Ekvador);

Müdafiəçilər: Ronald Araujo, Matias Vinya (hər ikisi Uruqvay), Nikolas Otamendi (Argentina), Yerri Mina (Kolumbiya);

Yarımmüdafiəçilər: Nikolas De La Kruz (Uruqvay), Kevin Kastanyo, Xames Rodriqes (hər ikisi Kolumbiya), Yosimar Yotun (Peru);

Hücumçular: Luis Diaz (Kolumbiya), Darvin Nunes (Uruqvay).

Altı turdan sonra turnir cədvəlinə 15 xalla Argentina millisi başçılıq edir.