Fəxrəddin Manafov otelloları “Səhnə”yə YIĞDI – VİDEO

9
Fev
2024
17:21

Sənətsevərlərin böyük marağına səbəb olmuş, Azərbaycan teleməkanında bir ilk sayılan “Səhnə” layihəsinin növbəti buraxılışı hazırlanıb.

Azreform.info xəbər verir ki, bu dəfə məşhur ingilis şairi və dramaturqu Uilyam Şeksprin şah əsəri “Otello” və dünya teatr tarixində onun ən yaxşı ifaçılarından bəhs ediləcək.

Otello obrazının məşhur ifaçıları mövzusu hər zaman incəsənət aləmində aktual olub. “SƏHNƏ”nin bu dəfəki buraxılışında da “Otello” obrazını uğurla canlandırmağı bacaran dünyaca məşhur Olivye Lorenslə böyük azərbaycanlı sənətkar Ələsgər Ələkbərovun yaradıcılığına işıq tutulur, onların ifa tərzləri əsil sənət meyarları baxımından peşəkarcasına təhlil edilir.

Təkcə ifa tərzlərimi? Nə qədər qəribə də olsa, bu iki korifeyin bir çox ortaq cəhətləri də olub. Otellonun yaşantıları, sevgi və nifrəti, kədəri, sonunda da intiqam hissləri onların da şəxsi həyatından yan keçməyib. Əgər soyuqqanlı Lorens yerlisi Şekspirin baş qəhrəmanının obrazını bir ingilis kimi duyaraq yaradırdısa, istiqanlı, əsil qafqazlı mentallığına malik Ələkbərovun Otellosu isə bir başqa aləm idi.

Bütün bu kimi məqamlar “SƏHNƏ”nin budəfəki buraxılışında incələnəcək. 11 fevral, saat 22:30-da  ATV telekanalında izləyə bilərsiniz.

Layihə Azərbaycan sənət aləmində imza qoymuş yaradıcı heyət tərəfindən ərsəyə gətirilir. Layihə rəhbəri, tanınmış rejissor və prodüser Ələkbər Tağızadə, aparıcısı isə Xalq artisti Fəxrəddin Manafovdur.