Rusiyaya casusluqda ittiham olunan 12 nəfər günahını etiraf edib

23
Noy
2023
12:41

Azreform.info xəbər verir ki, RİA Novosti  əldə olunmuş məhkəməyə qədərki razılaşma haqqında məlumat yayıb.

Casusluqda ittiham olunan 12 Belarus, Ukrayna və Rusiya vətəndaşı təqsirli olduqlarını etiraf edərək, həbs, cərimə və əmlakın müsadirə edilməsini əhatə edən cəzalar barədə razılığa gəliblər.

Polşada saxlanılan “Kreml agentləri” arasında adı açıqlanmayan 20 yaşlı rusiyalı xokkeyçi də olub. Hələlik təsdiqini tapmayan məlumata görə, rusiyalı 2 il 11 ay həbs cəzasına razılaşıb.

Bütün məhbuslar 2023-cü ilin yanvarından mart ayına kimi Polşada mühüm infrastruktur obyektlərini müəyyən etməkdə və alınan məlumatları Rusiya kəşfiyyat xidmətlərinə göndərməkdə ittiham olunurlar.