İnternetdə Ermənistanın Rusiya istehsalı olan silahlarını Ukraynaya tədarük edəcəyi barədə xəbərlər yayılıb. İrəvan kreditlərdən istifadə edərək Rusiya Federasiyasından aktiv şəkildə silah alıb.
Söhbət “Toçka-U” buraxılış qurğularından, həmçinin hava hücumundan müdafiə sistemlərindən gedir. Oktyabrın sonunda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermak arasında keçirilən görüşdə “Toçka-U” sistemlərinin ötürülməsi ilə bağlı razılaşma əldə olundu.
Azreform.info xəbər verir ki, kz-expert.info məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan Qazaxıstanla “Smerç”, “Solntsepek” və “Naiza MLRS” sistemlərinin, eləcə də “Semser” özüyeriyən artilleriya qurğusunun (SAU) Ermənistan silahlı qüvvələrinə təhvil verilməsinə dair sazişin imzalandığını bəyan edib.
Nəşr müəyyən məqalədən sitat gətirərək qeyd edir ki, bu “sövdələşmə Ermənistan və Qazaxıstan arasında hərbi-texniki əməkdaşlıq üçün yeni perspektivlər açır”. Lakin bunun “digər KTMT üzvü olan ölkələrin və ya geostrateji tərəfdaşların müəyyən reaksiyalarına” səbəb ola biləcəyini qeyd edir.