Növbəti ən isti gün 2023-cü il noyabrın 17-i olub. Planetdə havanın orta temperaturu 1850-1900-cü illərin göstəricilərini 2,06 °C keçdi. Azreform.info xəbər verir ki, bu barədə Copernicus iqlim dəyişikliyinin monitorinqi xidmətindən klimatoloq Sem Burgess X sosial şəbəkəsində məlumat verib.
Noyabrın 17-də Yer kürəsində orta havanın temperaturu 1850-1900-cü illərlə müqayisədə 2,06°C, 1991-2020-ci illərlə müqayisədə isə 1,17°C yüksək olmuşdur. Bu, Yer kürəsinin sənayedən əvvəlki səviyyədən 2°C-dən çox istiləşməsinin qeydə alındığı ilk gün idi.