0 Braziliya- 1 Argenyina: Oyunda nə baş verib?

22
Noy
2023
10:51

Azreform.info xəbər verir ki, Argentina millisinin qapıçısı Emiliano Martinez Braziliya ilə dünya çempionatının seçmə mərhələsi matçı öncəsi əlbəyaxa dava zamanı polisin əlindən dəyənəyi qoparmağa çalışıb.

 

 Sosial şəbəkələrdə Martinezin kürsüyə yaxınlaşdığı və dəyənəyini tutmaq üçün hasarın üstündən uzandığı video yayılıb. Daha sonra digər oyunçular futbolçunu tribunadan uzaqlaşdırıblar.

 

 VI turun görüşü çərşənbə axşamı Rio-de-Janeyrodakı "Marakana" stadionunda baş tutub və qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Dövlət himnlərinin səsləndirilməsi zamanı tribunalarda başlayan iğtişaşlar səbəbindən oyun 30 dəqiqə gecikmə ilə başlayıb. Polis dəyənəklərdən istifadə edib və bir neçə azarkeş xəstəxanaya yerləşdirilib. Argentina millisinin futbolçuları əvvəlcə azarkeşlərə yaxınlaşıb, daha sonra Lionel Messinin qərarı ilə paltardəyişmə otağına yollanıb.

 

 Argentina millisi 15 xalla turnir cədvəlinə başçılıq edir, braziliyalılar (7) altıncıdır