Hamının əziyyət çəkdiyi xəstəlikləri aradan qaldıran möcüzəvi CİRƏ

1
Fev
2024
20:07

Həm dünya, həm də milli mətbəxdə istifadə olunan cirə nəinki ləzzətli, həm də çox faydalıdır. Onun öskürək və bronxit zamanı iltihab əleyhinə yaxşı təsir göstərən toxumlarından istər toxum, istərsə də üyüdülmüş şəkildə istifadə olunması həzm sistemində rahatlıq yaradır. Müasir tibdə cirədən qan azlığı və nəfəs darlığında, eləcə də immun sisteminin qorunmasında istifadə olunur.

AZƏRTAC xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov deyib: “Cirə toxumlarının qəbul edilməsi öd istehsalını artırır, mədəaltı vəzin şirəsini çoxaldır və bununla da köp, həzmsizlik kimi problemlər tamamilə aradan qalxır. Bağırsaq qanamaları, bronxit, yuxarı tənəffüs yolu xəstəliklərində, immunitetin artırılması zamanı da ondan istifadə faydalı nəticələr verir”.

Cirədən alınan yağdan sousların, ət və balıq məhsullarının, həmçinin turşuların hazırlanmasında geniş istifadə olunur. Həmin yağdan ağciyər və bronx xəstəlikləri zamanı da yararlanmaq olar.

Cirənin efirli birləşmələrini durulaşdırılmış yağlarla həll edib oynaq və əzələ ağrıları zamanı xaricə istifadə etmək çox xeyirlidir.