Meksikada dəhşətli yol qəzası: 19 nəfər ölüb, 22 nəfər yaralanıb - VİDEO

31
Yan
2024
14:28

Meksikanın Sinaloa ştatında tur avtobusu yük maşını ilə toqquşub.

Azreform.info “CGTN” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində 19 nəfər ölüb, 22 nəfər yaralanıb. 

Həmçinin qəzadan sonra avtobus yanıb və ölənlərin sayının arta biləcəyi bildirilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günay