Yaponiya 130 mindən çox insanın təxliyə edildiyini açıqladı

22
Sen
2024
11:22

Yaponiyanın Honsü adasının qərbindəki İşikava prefekturasının yeddi şəhər və qəsəbəsində 131,4 min nəfərin təxliyəsi elan edilib.

Azreform.info xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Ərazidə davam edən yağışlar artıq bir nəfərin ölümünə, 6 nəfərin itkin düşməsinə səbəb olub.

Ərazidən çayların daşması və sürüşmə ilə bağlı xəbərlər gəlir. Prefekturada azı 6 min ev işıqsız qalıb. Mobil rabitədə fasilələr var.