Çexiya Deputatlar Palatasının sədri Azərbaycana gəlir

31
Yan
2024
13:49

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Azərbaycana səfər edəcək.

Bu barədə Çexiyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, Çexiya parlamentinin Deputatlar Palatası sədrinin regiona səfərinin mühüm hissəsi Azərbaycana olacaq.

Qeyd edək ki, M.P.Adamova hazırda Ermənistanda səfərdədir.