Rumıniya qırıcısı Rusiya qoşunlarını bombalayıb?

31
Yan
2024
08:21

F-16 qırıcısının Ukraynada gizli döyüş missiyası icra etməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil.

Azreform.info xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Rumıniya qırıcıları Rusiya qoşunlarının mövqelərinə zərbə endirməyib:

“X platformasında Konstansanın 86-cı aviabazasından qalxan F-16 qırıcısının Xersonda Rusiya qrupunu bombardman etməsi barədə yayılan feyk xəbərlər barədə sizi xəbərdar edirik”.