Rusiyanın İrəvandakı səfirliyindən qəzəbli bəyanat: Onların əxlaqsızlıq...

30
Yan
2024
22:35

Rusiyanın İrəvandakı səfirliyi bəyanatla çıxış edib.

Azreform.info xəbər verir ki, bəyanatda İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının abidəsini ləkələyənlərin cəzalandırılması tələb olunur.

Bəyanatda bildirilir ki, Rusiya tərəfi Ermənistan hakimiyyəti tərəfindən hüquqi qiymət gözləyir: “Səfirlik ümid edir ki, bu hərəkətlərə Ermənistan hakimiyyəti tərəfindən müvafiq hüquqi qiymət veriləcək və bu təxribatda iştirak edənlər məsuliyyətə cəlb olunacaqlar”.

Rusiya səfirliyi həmçinin əlavə edib ki, “bu cür hərəkətləri bu faciə qurbanlarının və şəhəri müdafiə edən qəhrəmanların xatirəsinə açıq qəzəb ifadəsindən başqa bir şey kimi qiymətləndirmək olmaz”.

“Təkcə həmin faciəli hadisələrə və onların qurbanlarına deyil, həm də öz əcdadlarının xatirəsinə nifrətini açıq şəkildə ifadə edənlərin əxlaqsızlıq dərəcəsini anlamaq mümkün deyil.Tədqiqatçıların hesablamalarına görə, Leninqradın çoxmillətli müdafiəçiləri sıralarında 100 mindən çox erməni döyüşüb, onlardan 4 min nəfəri könüllü idi və onlardan 10 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Biz şadıq ki, bizim qiymətləndirməmiz Ermənistan cəmiyyətində də eynidir. Bu çirkin hərəkətlə bağlı sosial şəbəkələrdə hiddət yaranıb”.(musavat.com)