Nail Kərimov qəfil istefa qərarından danışdı

30
Yan
2024
17:56

Bu gün "Qəbələ”də sürpriz ayrılıq gerçəkləşdi.
 
Uzun müddətdir, 2006-cı ildən bölgə klubunun rəhbərliyində təmsil olunan, müxtəlif vəzifələrdə çalışan Nail Kərimov istefa verdi. 

İstefası ilə bağlı Qaynarinfo-ya açıqlama verən keçmiş klub rəsmisi qısaca bunları dedi:

"Özüm istefa verdim. Amma bundan artıq nəsə demək istəmirəm. Hələ ki başqa təkliflər yoxdur. Harada çalışacağımla bağlı qərar verməmişəm. Əslində, bu qərarı birdən-birə verməmişəm. Uzun müddət idi fikirləşirdim. Əsas odur komanda yüksək dəstədə yerini qorusun. Qalan məsələlər yavaş-yavaş düzələcək”.