Gürcüstanda abortla bağlı yeni tələblər

8
Noy
2023
12:53
“Hamiləliyin süni şəkildə dayandırılması haqqında” qanuna səhiyyə nazirinin əmri ilə dəyişiklik həyata keçirilib

Azreform.info Gürcüstan mətbuatına istinadən xəbər verir ki, yeni qaydalar yanvarın 1-dən qüvvəyə minəcək.

Qaydaya əsasən, hamiləliyin 12 həftəyə qədər (daxil olmaqla) könüllü olaraq dayandırılmasına hamilə qadının tibb müəssisəsində ilkin müsahibəsi - abortdan əvvəl mama-ginekoloqun məsləhətləşməsi və abort üçün fikirləşməyə verilən 5 günlük gözləmə müddəti keçdiyi halda icazə verilir. Yeddi həftə müddətinə qədər olan  hamiləliyin süni şəkildə dayandırılması məqsədilə istənilən üsulla tibbi müdaxilə yalnız mamalıq-ginekoloji fəaliyyətlə məşğul olmaq hüququ olan stasionar tipli tibb müəssisəsində sertifikatlı mama-ginekoloq tərəfindən həyata keçirilir.