Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti təkmilləşdiriləcək

23
Yan
2024
18:07

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti təkmilləşdiriləcək.

Azreform.info  xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Fərmanda əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti qurumun fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində Prezidentə təqdim etməlidir.