İranlı kişi 10 yaşlı iki qardaşa hücum etdi, amma özü xəstəxanalıq oldu - FOTOLAR

23
Yan
2024
18:00

Moskvada liftə minərkən çox qəribə hadisə baş verib.  37 yaşlı İran vətəndaşı ilə evə qayıdan iki 10 yaşlı beşinci sinif şagirdi arasında yaranan problem sonda bıçaqlanma ilə nəticələnib.

Azreform.info Rusiya mediasına istinadən xəbər verir ki, yerli vaxtla axşam 19 radələrində evə qayıdan beşinci sinif şagirdi olan iki qardaş liftə minərkən eyni binada yaşayan 37 yaşlı İran vətəndaşı ilə rastlaşıb. Uşaqlar liftə minrəkən iranlıya yol verir, amma nədənsə bu həmin şəxsin xoşuna gəlmir və uşaqlardan birinin boynunun ardına şillə ilə vurmağa başlayır. 

Məlumata görə, bundan sonra qardaşlar evə qaçaraq böyük qardaşlarını yardıma çağırırlar. İranlı qonşu uşaqların arxasınca gedib onlarla dalaşır. Dava zamanı kiçik qardaşlardan biri bıçaq çıxararaq hücum edənin ombasına soxur. Nəticədə hücum edən iranlı xəstəxanalıq olur. 

Polisdə ifadələri alınan zaman qardaşlar iddia edirlər ki, ilk bıçaqla hücum edən iranlı olub. Yəni əvvəlcə o böyük qardaşlarına bıçaqla hücum etdiyindən onlar da məcbur olaraq özlərini müdafiə ediblər.  

Polis baş verən hadisəni araşdırmala məşğuldur.

Azreform.info