Rusiya Ukraynanın 2 şəhərini vurdu: 5 ölü, 40 yaralı - VİDEO

23
Yan
2024
16:21

Rusiya Ukraynanın Kiyev və Xarkov şəhərlərinə iri raket zərbəsi endirib.

Azreform.info “pravda.com”a istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib.

Hadisə nəticəsində 5 nəfər həlak olub, azı 40 nəfər yaralanıb.

Avtomobillərə, yaşayış binalarına və qeyri-yaşayış binalarına ziyan dəyib. 

Ümumilikdə Rusiya hərbçiləri Ukraynaya qanadlı, ballistik, aviasiya və zenit raketlərindən istifadə edərək 41 raket zərbəsi endiriblər. Ukraynanın hava hücumundan müdafiəsi onlardan 21-ni məhv edib.

Məlumata görə, ballistik trayektoriya üzrə atılan Rusiya raketlərinin heç də hamısı hədəflərinə çatmayıb. 

Xilasetmə və axtarış əməliyyatı davam edir.

Günay