Bakıda binanın fasad örtüyünün bir hissəsi “Prius”un üzərinə düşdü - VİDEO

23
Yan
2024
15:49

Bakıda binanın fasad örtüyünün bir hissəsi qopub.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, fasad örtüyünün bir hissəsi binanın qarşısında dayanmış “Toyota Prius” markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobilə ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik: