Həyətinə meteorit düşən Şahin varlandı - FOTO

23
Yan
2024
14:07

Almaniyada yaşayan 46 yaşlı Mahmud Şahinin bəxti gətirib.

Azreform.info “Haber7com”a istinadla xəbər verir ki, ötən il 25 apreldə onun yaşadığı evin həyətinə meteorit düşüb.

Meteoriti mütəxəssislərə aparan Şahin onun çox dəyərli olduğunu öyrənib.

O özünə alıcı tapdığını və satışdan əldə etdiyi gəlirlə mülk alacağını bildirib.

"Meteoritin düşdüyünü elan edəndə dünyanın bir çox yerindən təkliflər gəldi. Hindistandan bir alıcı ilə də görüşdük. Qətərdə hərraca çıxarılacaqdı. ABŞ-dən də almaq üçün gəliblər. 

Bir çox mütəxəssis 3,7 kiloqram ağırlığındakı meteoriti tədqiq edib və onlar bu daşdan çox təsirlənib. Bu daş Mars və Yupiter arasında bir meteorit qurşağında olub və bir neçə milyon kilometr yol qət edib.

Yekunlaşmaq üzrə olan konkret danışıqların içindəyik. Daş Almaniyada qalacaq, bu mənim və ailəm üçün vacib idi. Almaniyadan təklif almasaydıq, onu saxlayardıq”. 

O, alıcının kim olduğunu söyləməyib. Həmçinin meteoritin qiymətini açıqlamasa da, onun 200 min avronun üzərində olduğu təxmin edilir.

Günay