Ağır qəzanın səbəbi məlum oldu

23
Yan
2024
10:42

Xəbər verdiyimi kimi, ötən gecə Ağdaş şəhərində ağır qəza baş verib.

Modern.az-ın məlumatına görə, qəzaya səbəb 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlunun idarə etdiyi “VAZ” markalı avtomobilin yüksək sürətlə hərəkətdə olarkən qarşı hərəkət istiqamətinə çıxması olub.

Qəza zamanı "VAZ" Kamran İsmayılovun idarə etdiyi “Honda” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində İ.Məmmədov aldığı xəsarətlərdən vəfat edib. Onun avtomobilində olan 1994-cü il təvəllüdlü Münasib Qasımov, 2000-ci il təvəllüdlü Rahib Qasımov və 2000-ci il təvəllüdlü Təbriz Qasımov isə ağır xəsarətlər alıb.