Bakıda 34 yaşlı qadın dəm qazından boğulub.
APA xəbər verir ki, hadisə Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Elmira Aslanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.