Bu ölkədə şaxtalı hava 80 nəfərin həyatına son qoydu - FOTO

23
Yan
2024
06:56

ABŞ-də günlərdir davam edən əlverişsiz hava şəraiti səbəbilə bir neçə ştatda fövqəladə vəziyyət elan edilib.

“Qafqazinfo” “CBS” kanalına istinadən xəbər verir ki, ABŞ-nin əksər yerlərində son bir həftə ərzində yaşanan sərt hava şəraitinin yaratdığı hadisələrdə 80-dən çox insan həyatını itirib.

Qeyd olunur ki, əlverişsiz keçən qış milyonlarla amerikalıya təsir edib. Belə ki, Pensilvaniya, Kaliforniya və İndiana ştatlarında elektrik enerjisi kəsilib.

Qarlı və şaxtalı havanın növbəti həftənin əvvəlində də davam edəcəyi bildirilib.