Qadınlarda çox rast gəlinən uşaqlıq boynu xərçənginin qarşısını almaq üçün insan papiloması virusuna qarşı fərdi yox, kollektiv mübarizə aparmaq və peyvənd immuniteti lazımdır.
“Medicina” xəbər verir ki, bu barədə professor Linda Ekert danışıb.
“Minlərlə qadının ölümünə səbəb olan bu ağır xəstəliyin 90% həlli virus papilomasının yayılmasının, yoluxmasının qarşısını almaqdır.
Bu virus cinsi yolla yayılır, 80% qadını yoluxdurur. Qadınların çoxu yoluxduğunu bilmir.
Bu virus qrip və kovid kimi tez-tez mutasiya olmur, ona görə peyvəndlə tam məğlub etmək olar.
Əgər qadını virusa yoluxmaqdan qorusaq, uşaqlıq boynu xərçəngi tamam aradan qalxar. Bunun üçün qız uşaqlarına 12-13 yaşda və ya ilk cinsi əlaqəyə qədər vaksini vurdurmaq lazımdır.
Bu vaksin orqanizm üçün təhlükəsizdir, lakin hətta müasir dövlətlərdə də cəmi 5 qızdan biri peyvənd olunur.
Dezinformasiya və peyvənddən çəkinmək hər il minlərlə qızı təhlükəyə atır.
Bununla yanaşı vaxtında uşaqlıq boynunun skrininq müayinəsi də ölümdən xilas edə bilər”.