ABŞ, İsrail və radikal Fələstinin HƏMAS hərəkatı döyüşlərdə beş günlük fasilə və girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə yaxındır.
Bu barədə mənbələrə istinadən The Washington Post (WP) məlumat yayıb.
Onların sözlərinə görə, tərəflər Qəzza zolağında girov saxlanılan onlarla qadın və uşağın döyüşlərdə beş günlük fasilə müqabilində azad edilməsinə dair saziş bağlamağa yaxındırlar.
Nəşrin mənbələri qeyd edib ki, girovların azad edilməsi yaxın bir neçə gün ərzində başlaya bilər.