Hər gün bundan içib arıqlayın

16
Yan
2024
07:28

Şişkinlik problemləri uzun müddət davam etdiyi üçün orqanizmi narahat edən və gündəlik həyata mənfi təsir edən bir vəziyyətdir. Bu problemi qida vasitəsiylə həll etmək mümkündür.

Axşam.az xəbər verir ki, şişkinliyi aradan qaldırmaq üçün ilk növbədə qəbizlikdən xilas olmalısın. Bunun üçün aşağıdakı qida vasitələrindən istifadə edin:

Şüyüd adı verilən bitkinin tərkibində A vitamini, B qrupu vitaminləri, C vitamini, D vitamini, dəmir, kalsium, sink, lif, kalium və maqnezium var. Bu bitkinin toxumlarından əldə edilən çay sağlamlığa faydaları ilə seçilir. Şüyüd çayının istehlakı həzmi rahatlaşdıran ən təsirli təbii qaynaqlardan biridir. İstifadə edildikdən sonra həzm şirələrinin və fermentlərin ifrazını sürətləndirər, beləliklə, həzm prosesini asanlaşdırır.

Şüyüd toxumu qaz problemlərini aradan qaldıran və spazmların qarşısını alan təsirə malikdir. O, həmçinin qıcıqlanmış bağırsaq sindromu və qastroezofageal reflüks nəticəsində yaranan şişkinlik və ürək yanması problemlərinə yaxşı təsir edir.

Həzm sistemində narahatlığı aradan qaldırmaqla yanaşı, mədədəki kramp problemini də yox edir. Yüksək miqdarda pəhriz lifinə malikdir. Bu xüsusiyyəti sayəsində bağırsaq hərəkətlərinin tənzimlənməsində rol oynayır. Qəbizlik probleminin həllində təsirlidir. Həm də qəbizliyi aradan qaldırmaq, həm də meydana gəlməsinin qarşısını almaq üçün yaxşıdır.

Şüyüd çayının bu təsirlərindən faydalanmaq üçün yeməkdən sonra bir stəkan içə bilərsiniz. Gün ərzində 2-3 stəkandan çox istehlak edilməməlidir. Eyni zamanda arıqlamağınıza yardımcı olacaq.