Xolesterin polipləri nədir, niyə yaranır?

16
Yan
2024
04:49

Öd kisəsində polip yaranmasının bir səbəbi də selikli qişanın xolesterin yığıntıları səbəbindən hiperplaziyasıdır.


“Medicina”xəbər verir ki, qastroeteroloq Dilara Lebedeva xolesterin poliplərinin fəsadlarından danışıb:

“Bu poliplər 2-3 sm-ə qədər çata bilər.

Kiçik və tək-tək xolesterin poliplərini korrertə etmək olar. Nə etmək lazımdır?

- Ciddi dieta – şəkər, şirniyyat, fruktozanı çıxarmalı
- Ödqovucular, qaraciyər hepaprotektorları
- Fiziki aktivlik, idman

Poliplərin yaranma səbəbləri:

Genetik
Zərərli qidalanma, xolesterinlə zəngin qidalar
Öd yolu xəstəlikləri
Həzmsizlik
Oturaq həyat

Öd şirəsi orqanizm üçün çox vacibdir. O, yağda həll olan vitaminləri mənimsəyir, orqanizmi detoks edir.

Öd kisəsinin xolesistit və daş xəstəliklərinə çox rast gəlinir.
Eləcə də öd kisəsində xərçəng də əmələ gələ bilir.