Metabolizmi gücləndirir, arıqlamağı sürətləndirir

15
Yan
2024
09:14

Metabolizm dedikdə orqanizmin fəaliyyətində rol oynayan kimyəvi reaksiyalar nəzərdə tutulur. İstehlak olunan qidanın enerjiyə çevrilməsi də maddələr mübadiləsi ilə təmin edilir.

Axşam.az xəbər verir ki, maddələr mübadiləsinin sürəti birbaşa qidalanma növü ilə bağlıdır. İstehlak edilən qidalar sayəsində maddələr mübadiləsi sürətləndirilərək arıqlama prosesi dəstəklənir.

Arıqlamaq prosesi bəzən çətin ola bilər. Bununla belə, bu prosesə necə nail olmağın yollarını axtarmaq üçün qidalanmağınıza diqqət edin.

Arıqlamaq üçün bu qidalardan istifadə edə bilərsiniz:

Sirkənin tərkibində olan sirkə turşusu mədənin qısa müddətdə boşalmasının qarşısını alır. Sirkə mədənin boşalmasını gecikdirir və maddələr mübadiləsini sürətləndirir. Əlavə olaraq bəzi araşdırmalara görə, sirkə bədəndəki yağ miqdarının azaldılmasında rol oynayır.

Yaşıl çayı qida rasonunuza daxl edin. Bu şəkildə yaşıl çay maddələr mübadiləsinin sürətini artırır. Bundan əlavə, yaşıl çay istehlakı yağların yandırılmasını sürətləndirməkdə rol oynayır.

Zəncəfil həzm sistemini tənzimləyən təsirli bir qidadır. Eyni zamanda termojenik təsirə malik olduğu üçün bədəndəki yağların yandırılmasını rahatlıqla dəstəkləyir.

Acı bibərin tərkibində olan maddə bədən istiliyinin artmasına səbəb olur. Beləliklə, acı bibər iştahı yatır və uzun müddət toxluq hissi və maddələr mübadiləsinin sürətlənməsini təmin edir.