“Yaxın Şərqdəki aktiv hərbi əməliyyatlar ABŞ elitasına fayda verdikdən sonra, yenidən dayandırılacaq”
Bunu azreform.info-ya tanınmış rusiyalı politoloq Vitaliy Arkov bildirib.
“Əslində, bu, - uzun müddətdir davam edən Fələstin-İsrail münaqişəsinin gərginləşməsi - həm də nümayəndələri özlərini dünyanın hökmdarları və Uca Yaradana bərabər hesab edən ABŞ elitasının maraqlarına uyğun olaraq başladı”-Arkov qeyd etdi.
Onun sözlərinə görə İsrail-Fələstin münaqişəsinin benefisiarı ABŞ-dır:
“Benefisiarlar təkcə Demokratik Partiyanın ofisində deyil (2024-cü ilin noyabrında Ağ Evi
saxlamaq onlar üçün həyati əhəmiyyət kəsb edir və buna görə də ABŞ daxilində
vəziyyət belədirsə, ən azı ABŞ hüdudlarından kənarda parlaq nailiyyətlər və qələbələr
tələb edirlər), həm də Pentaqonda, hərbi-sənaye lobbisi dünyada istənilən hərbi
münaqişələrdən artıq gəlir əldə edir”.