Bu gün Milli Məclisin deputatı Şahin Seyidzadə Qobustan Rayon İcra Hakimiyyəti başçısı Adil Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, İcra hakimiyyətinin əməkdaşları, şəhid ailələri və qazilər, rayon idarə müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri iştirakı ilə 44 günlük Vətən Müharibəsində şücaət göstərən Vətən Müharibəsi Qəhrəmanı, şəhid Vəliyev Elyar Arif oğlunu Qobustan rayonunun Sədəfli kəndində şəhadətinin ildönümündə yad edib.
Vəliyev Elyar Arif oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən Uğrunda”, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.