XİN: "Azərbaycanın Livandakı səfirliyinin heyəti qismən təxliyə olunub"

17
Okt
2024
19:28

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici mətbuatda dərc edilən Livandakı səfirliyimizin təhlükəsizlik səbəbi ilə boşaldılmasına dair yayılan xəbərlərə münasibət bildirib.

Azreform.info xəbər verir ki, XİN-in Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir.

"Livandakı səfirliyimiz öz fəaliyyətini davam etdirir, ancaq heyət qismən təxliyə olunub", - o vurğulayıb.(APA)