Canan Karataydan xəbərdarlıq: Bu kapsulları almayın, ürəyiniz dayana bilər

17
Okt
2024
21:28

Türkiyəli daxili xəstəliklər üzrə tanınmış mütəxəssis Canan Karatay kollagenlərlə bağlı xəbərdarlıq edib.

Azreform.info xəbər verir ki, o, “qocalmağın qarşısını alır, qırışları yox edir, oynaq ağrılarına yaxşı gəlir” deyərək satılan toz və ya kapsul formasındaolan kollagenlərin infarkta yol aça biləcəyini deyib.

“Kollagenin dərmanı olmur. Bu qida əlavələri ürəyi böyüdür, infarkta səbəb olur və hətta ürəyin dayanmasına əbəb ola bilir”.

Karatay kollageni təbii yollarla qəbul etmək istəyənlər üçün həftədə bir dəfə xaş yeməyi tövsiyə edib. O bildirib ki, xaş yeməyi sevməyənlər ət suyuna limon sıxaraq və bir çay qaşığı kristal qaya duzu əlavə edərək səhər yeməyindən əvvəl içə bilər.

Billurə