Azərbaycanda binaya ildırım düşdü - ölən və xəsarət alanlar var (FOTO/VİDEO)

18
Okt
2024
09:07

Gəncədə binaya ildırım düşüb.

Azreform.info APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, şəhər ərazisində yerləşən 5 mərtəbəli yaşayış binasına ildırım düşüb. Baş verən partlayış zamanı 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Ölənlər 1960-ci il təvəllüdlü Mehriban Paşayeva və Xudaverdiyeva Könüldür. Hadisə nəticəsində xəsarət alanlar Əliyeva Nüranə Şahin qızı, 1999-cu il təvəllüdlü Yusibova Firuzə Ələkbər qızı və 1991-ci il təvəllüdlü Orucov Bəxtiyar Əsəd oğludur.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub.