Gecəyarı yuxudan oyananlar – 7 səbəbi araşdırın

11
Yan
2024
06:21

Gecə yarı – saat 3-4 də oyanıb, bunun səbəbini tapa bilməyənlər və sonradan çətinliklə yuxuya gedənlərdə nə baş verir?


“Medicina” xəbər verir ki, funksional diaqnostika üzrə həkim Tatyana Surnenkova bu sindromun səbəblərini açıqlayıb:

“İnsan yuxuya getdisə 6-7 saat fasiləsiz yatmalıdır. Yuxunun yüngül, dərin və sürətli fazası var. bu mərhələlər bir gecədə bir neçə dəfə baş verir.


Saat 4-dən sonra insan daha sürətli yuxu fazasında olur və oyanması daha asandır.
Amma qalan hallarda oyanmağın bu səbəbləri ola bilər.

1. Yataq otağı çox soyuq, isti, işıqlı, səsli və narahatdır. İdealda insan tam qaranlıq, sakit və çox isti olmayan otaqda yatmalıdır.

2. Sİz təşvişli və ya depressiyadasız.

Nevroz, təşviş pozuntusu olan insanların əsas problemi yuxu ilə bağlı olur. Onlarda gecə yatdıqları yerdə panik tutmalar, kabuslar, səksənmələr olur.

3. Alkoqol, bəzi içkilər – axşam şərab, energetik içki, şampan, qəhvə içənlər də yuxu qırılır.

4. Sizdə apnoe var- yəni tənəffüs problemindən yuxuda tənəffüsünüz bir neçə saniyəlik dayanır. Dərindən nəfəs almaq üçün beyin oyanır.

5. Hiperaktiv qalxanvari vəz, zob

Bu vəz həddən artıq çox tiroksin hormonu hasil edəndə, tərləmə, narahatlıq, titrəmə, ürək döyüntüsü baş verir.

6. Natahat ayaqlar sindromu – ayaqlarda ağrı, pulsasiya, uyuşma, qaşınma və yanma hissi olur. Bu zaman insan yuxuya gedə bilmir, ayaqlarını hərəkət etdirir, tərpədir.

Anemiya, şəkər, ürək xəstələri və nevrozlarda çox rast gəlinir.

İstənilən halda gecə yarı yuxudan oyanmaq orqanizmdə nələrinsə düz getmədiyini göstərir”.