Son günlər insanlar arasında ağırlaşmalarla müşahidə edilən virus yayılıb. Boğaz ağrısı ilə başlayan, daha sonra əzələ ağrıları, hərarətin yüksəlməsi, burun tutulması əlamətləri ilə müşahidə edilən infekiya uzun müddət davam edir və hətta ağırlaşmalarla nəticələnir. Uşaqlar bu xəstəliyi daha ağır keçirir. Bəzən virus onların canından yalnız müalicə hesabına bir aya keçir.
Maraqlıdır, bu virusun adı nədir? Sözügedən infeksiya koronavirusun mutasiyaya uğramış formasıdırsa, niyə ağırlaşmalara səbəb olur?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, inefksionist Təyyar Eyvazov Bizim.Media-ya açıqlamasında məsələyə aydınlıq gətirib. O, bildirib ki, hazırda ölkədə qış fəsli ilə əlaqədar mövsümi qrip, kəskin respirator virus infeksiyaları, koronavirus infeksiyası ilə yoluxma hallarına təsadüf edilir:
“Bunlar hava-damcı üsuli ilə yayılan virus infeksiyaları olub və hər il təkrarlanır. İldən-ilə bu hal təkrar olunsa da, müəyyən vaxtlarda hansısa respirator virusa daha çox yoluxma halları müşahidə olunur. Ayrı-ayrı illər üzrə qeydə alınan xəstələnmə hallarının saylarını müqayisə etdikdə bu il də hələ ki, əhəmiyyətli fərqin olmadığını qeyd etmək olar. Nəzərə almaq lazımdır ki, qrip və digər respirator virus infeksiyalarına həm böyüklər, həm də uşaqlar yoluxaraq xəstələnir, lakin kiçik yaşlı uşaqlar, ahıl insanlar və ağır xroniki xəstəliyi olan şəxslər risk qrupuna daxildir. Onlarda xəstəliyin gedişi ağır və fəsadlarla ola bilər”.
Həkim respirator virus infeksiyalarından qorunmaq yollarının universal olduğunu vurğulayıb:
“Əhali bu qaydalarla kifayət qədər maarifləndirilir. Xüsusilə risk qrupuna daxil olan insanlar daha da diqqətli olmalı, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər uzaq durmalı, məsafə gözləməlidirlər. Bu mümkün olmadıqda və xüsusən ictimai nəqliyyatda maskadan istifadə etməli, əl gigiyenası qaydalarına əməl etməlidirlər. Qorunmaq üçün bu şəxslərin qripə qarşı vaxtında peyvənd olunması tövsiyə olunur”.