Xərçəngin ən effektsiz müalicə metodları

9
Yan
2024
00:07

Xərçəng, şiş xəstəliklərini özbaşına, türkəçarə ilə müalicə etmək yolverilməzdir.


“Medicina” xəbər verir ki, onkoloq Mixail Davıdov hansı metodlardan uzaq durmağı açıqladı:
“Geniş yayılmış metodlardan biri xüsusi dietalar, acqalma, orqanizmin təmizlənməsi və bitkilərdir.
Xüsusi pəhriz bəzi xərçəng növlərində əsas müalicə ilə yanaşı ola bilər. Xüsusən şiş həzm orqanları, mədə və qida borusunda yerləşirsə.

Soda, hansısa bitki, möcüzəvi eliksirlə müalicə xəstənin qızıldan qiymətli vaxtını əldən qaçırır.
Onsuz da sonra xəstə onkoloqa müraciət edir, amma gecikmiş olur.

Qeyri-ənənəvi,ş internetdə yayılmış metodlarla müalicə çox böyük təhlükədir. Əgər bir xəstəyə xərçəng diaqnozu, hətta şübhəsi qoyulubsa, bacardıqca tez onkoloqa və müasir tibb mərkəzinə müraciət etməlidir. 1-2ci mərhələdə xəstənin sağqalma şansı çox yüksəkdir”.