İtaliyanı ayağa qaldıran görüntü - VİDEO

8
Yan
2024
20:00

Neofaşist qruplar 1978-ci ildə İtaliyada irqçi Gənclik Cəbhəsinin üç üzvünün öldürülməsi ilə bağlı keçirilən anım mərasimində nasist salamı veriblər.

Azreform.info xarici KİV-ə istinadla xəbər verir ki, mərasimə qatılan neofaşistlər öldürülən 3 nəfərin adını çəkərkən “o, sağdır” deyə qışqırıblar. 

Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra bir çox dairələrdən reaksiya gəlib.

İtaliya Demokratik Partiyasının kommunikasiya direktoru Sandro Ruotolo hadisəyə münasibət bildirib.

"Bu hər dəfə faşistlər Acca Larentianı yad edəndə baş verir. Faşizm hər zaman mühakimə edilməli olan cinayətdir. Faşist təşkilatları ləğv edilməlidir", - o deyib.

Faşist qruplarının anım mərasimində etdiyi hərəkət İtaliyada faşizmin yenidən yüksəlişdə olması ilə bağlı müzakirələri qızışdırıb.

Günay