İsrailə məxsus 2 neft tankerinə daha bir hücum olundu

8
Yan
2024
18:07

Maldiv adaları sahillərində İsrailə aid iki neft tankerinə pilotsuz uçuş aparatları ilə hücum edilib. 

Azreform.info xəbər verir ki, İordaniya mətbuatı iki gəmiyə ciddi ziyan dəydiyini bildirib. 

Digər tərəfdən, hücumun kim tərəfindən həyata keçirildiyi müəyyən edilməyib.

“Jordan News”da yer alan xəbərə görə, sözügedən tankerlərin Babülməndəb boğazı vasitəsilə Qırmızı dənizə keçməyi planlaşdırdığı bildirilib. Boğazın 2 min kilometrliyində hücuma məruz qalan tankerlərin taleyi ilə bağlı hələ dəqiq məlumat yoxdur.

Xatırladaq ki, daha öncə husilər Babülməndəb boğazında İsrailin “Unity Explorer” və “Number Nine” adlı iki gəmisinə PUA və raket zərbələri endirib. İsrailin ZIM gəmiçilik şirkəti də noyabrın 29-da verdiyi açıqlamada Oman dənizi və Qırmızı dənizdəki təhlükəsizlik vəziyyətini əsas gətirərək gəmilərinin Misirdə Süveyş kanalından istifadə etməyəcəyini bildirib.

Günay