Erməni yepiskopun efirə getməyən çıxışı: nələr dediyi üzə çıxdı

8
Yan
2024
15:28

Xəbər verdiyimiz kimi, Ermənistanın İctimai Televizyası ilk dəfə erməni katolikosu II Qareginin Yeni il çıxışını yayımlamamışdı.

Azreform.info ermənişünas İsmayıl Tanrıverdiyə istinadla xəbər verir ki, çıxışda yepiskopun nələr danışdığı bəlli olub.

Bütün Ermənilərin Katolikosu II Qareginin Yeni il münasibətilə kilsədə keçirdiyi dini mərasimdə aşağıdakı sözləri deyib:

"21-ci əsrdə xalqımız yenidən itkilər verdi, yeni sınaqlara məruz qaldı, təəssüf ki, mürəkkəb geosiyasi hadisələrin öhdəsindən gələ bilmədik, həm də xeyirxahlıq, ədalət, haqq yolundan sapdıq. İçimizdəki xeyirxahlıq kin və xəyanətin alaq otları ilə korlandı, ədalət tərəfkeşlik və qisasçılıq təzahürləri ilə dəyişdirildi, yalan və bədxah əməllərlə həqiqət şikəst edildi.
Bu cür rəzilliklər həm də millətimizin parçalanmasına, güc itkisinə və məğlubiyyətlərə, müqəddəslik və ləyaqətimizin itirilməsinə səbəb oldu. Beləliklə, "artsax" onu əhatə edən fəlakətlər günlərində tək qaldı. "Artsax" erməniləri öz vətənlərindən təqib edildilər və evsiz qaldılar". 

II Qaregin həmçinin deyib ki "artsax" onlar üçün heç vaxt keçmişdə qalmayacaq:

"Artsax" bizim üçün heç vaxt keçmişə çevrilməyəcək, biz onu qəlbimizdə və ruhumuzda yaşatmağa davam edəcəyik".

Billurə