Botoks son illərdə ən çox edilən gözəllik və cavanlaşma üsullarından biridir. Qırışlardan narahat olanlar botoks və ya estetik prosedurlarla gəncliyi dərilərinə qaytarmağa çalışırlar. Ancaq cavanlaşmaq üçün iynələrlə bu prosedurlara ehtiyac yoxdur. Bəzi təbii üsullar dəriyə möhkəmlik verərək dərinin vaxtından əvvəl qocalmasının və qırışmasının qarşısını alır.
Azreform.info “Posta” qəzetinə istinadla xəbər verir ki, yaşlanmaq qaçılmazdır. Buna görə də 30 yaşınızdan sonra qocalma əlamətləri ilə qarşılaşmağınız təbiidir. İncə xəttlər, qırışlar, sallanmalar və dəri ləkələri qocalmanın ən bariz əlamətlərindəndir.
Adekvat və balanslı qidalanma, stressdən qaçmaq, yuxu rejimi və düzgün məhsullarla dəriyə qulluq dərinizin vaxtından əvvəl qocalmasının qarşısını alır.
Bütün bunlara əməl etsəniz, belə bəzən yetərli olmaya bilər.
Əgər botoksa müraciət etmək istəmirsinizsə, təbii yağlarla hər zaman gənc görünən dəriyə sahib olmaq mümkündür.
Dərin qırışlara təsir edən və 1 damcısı belə möcüzəvi xüsusiyyətlərə malik təbii yağların siyahısını təqdim edirik.
Zeytun yağı
Güclü E vitamini mənbəyi olan zeytun yağı dərini bərpa edir, yeniləyir və sıxlaşdırır. Daha canlı və parlaq dəriyə sahib olmağa kömək edir.
Zeytun yağı dəri üçün böyük nəm mənbəyidir. Dərini yumşaldır və qırışların qarşısını alır. Yaşlanma əleyhinə dəriyə qulluq rutininizdə zeytun yağı istifadə edə bilərsiniz.
Şi yağı
Afrika şi ağacının qozundan alınan yağ şi yağı dərini və məsamələri təmizləyir. Dərini yağ və kir qalıqlarından təmizləyir. Bu yağ çox miqdarda A vitamini ehtiva edir, dəridə botoks effekti yaradır. Dərini sıxlaşdırır və dəri sallanmasının qarşısını alır. Göz ətrafına qulluq üçün şi yağı da istifadə edə bilərsiniz.
Küncüd yağı
Dərinin vaxtından əvvəl qocalmasının qarşısını almaq və dəridə nəm saxlamaq üçün küncüt yağından istifadə edə bilərsiniz.
Küncüt yağı dəridə kollagen istehsalını dəstəkləyir. Dərinin elastikliyini təmin edir. Qırışları və incə xəttləri azaldır. Quru dərisi olanlar küncüt yağından da istifadə edə bilərlər.
Avokado yağı
Güclü E vitamini mənbəyidir, xüsusilə quru dərilər üçün əladır. Çünki dərini nəmlə doyurur. Dərinin qırışmasının qarşısını alır. İncə xəttlərin görünüşünü yüngülləşdirir.
Möhkəmləşdirici təsiri ilə dərini sıxır. Avokado yağını kokos yağı ilə qarışdırıb dərinizə çəkə bilərsiniz. Çox yağlı dəriniz varsa, bu qarışımı istifadə etməməyiniz tövsiyə olunur.
Portağal yağı
Bu yağ dərini sıxır və onun bərpasına kömək edir, parlaq görünüş verir, qüsurları aradan qaldırır, təbii botoks effekti verir.
Həftədə 3-4 dəfə pambığın üzərinə 2 damcı tökərək dərinizi portağal yağı ilə silin. Həssas dəriniz varsa, portağal yağı sürtməyin.
Şirin badam yağı
Bu yağda çoxlu K və E vitaminləri var. Dəri üçün çox faydalı olan badam yağı qırışları açır və incə xəttlərin görünüşünü azaldır. Vitamin mənbəyi olan badam yağı dərini qidalandırır və dəri baryerini gücləndirir.
Erkən qocalmanın qarşısını alır. Badam yağından göz altındakı qara dairələri və torbaları müalicə etmək və qocalma əlamətlərini aradan qaldırmaq üçün də istifadə edə bilərsiniz.
Billurə Yunus