Bayram günlərində 56 nəfər zəhərlənib, 1 nəfər ölüb - KTM

6
Yan
2024
14:21

Bayram günlərində zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət daxil olub.

Bu barədə Azreform.info -a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 31 dekabr-5 yanvar tarixlərində KTM-in Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət daxil olub:

“Müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib. 

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb.

Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir. Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar”.